Tez tez verilən suallar
Necə sifariş edə bilərəm?
Əvvəlcə saytımızda qeydiyyatdan keçirsiniz. Bundan sonra sizə xarici ölkədə yerləşdiyi anbarımızın ünvanı veriləcək. İstədiyiniz məhsulu həmin ünvana sifariş edirsiniz, biz isə onu Azərbaycana çatdırırıq. Məhsulu sifariş etməkdə problem yarandıqda, əldə etmək istədiyiniz məhsulun linkini bizə yollayırsınız, biz malları sizin əvəzinizə sifariş edib, Azərbaycana yollayacağıq.
Həcm çəkisi nədir? Hansı sifarişlərə tətbiq olunur?
Sifarişin çatdırılma ödənişi çəkidən asılıdır. Əgər bağlamanızın ölçüsü 60 santimetr və ya ondan çox olarsa, tarifin hesablanması üçün həcm çəkisi tətbiq olunacaq. Çindən gələn, ölçüsü 60 santimetr və ya ondan çox olarsa çatdırılma dəyəri aşağıdakı üsulla hesablanır: (Eni (m) x Hündürlük (m) x Uzunluq (m)) / 0.006
Sifarişi necə izləmək olar?
Malınız anbarımıza gəldikdən sonra, sifarişinizin izləmə nömrəsi təyin olunacaq. Bu nömrə ilə sifarişinizin harada olduğunu öyrənə biləsiniz.
300 dollar limiti nədir?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətində fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məhsulları sifariş edə bilər. Fiziki dəyəri 300 dolları keçərsə, qanuna uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə məhsulun dəyəri və daşınma haqqı daxildir. Dəyəri limitdən artıq olan bağlamalar səlahiyyətli orqan tərəfindən gömrükdə saxlanılır.
Məhsulu sifariş etməkdə çətinlik çəkirəm. Mən nə etməliyəm?
Hər hansı bir səbəbdən məhsulu sifariş edə bilmirsinizsə, kömək üçün bizə müraciət edin. Sifariş etmək istədiyiniz məhsulun linkini bizə göndərin, bank kartının vasitəsi ilə ödənişi həyata keçirin, biz sizin üçün məhsulu sifariş edək.
Sifarişim nəyə görə gömrükdə saxlanılıb?
Sifarişiniz aşağıdakı səbəblərdən birinə görə gömrükdə saxlanıla bilər:
Son 30 gündə ümumi dəyəri 300 dollardan yuxarı olan məhsulları sifariş etmişsiniz.
Malınızın kommersiya istifadəsi üçün sifariş verildiyinin Gömrük orqanı tərəfindən müəyyənləşdirlməsi məqsədi ilə
Sifariş etdiyiniz malların ölkəyə idxalı qadağandır
Bağlamam niyə ən yaxın reyslə uçmadı?
İlkin olaraq bağlamanı özünüz sifariş etmisizsə faktura (invoys, qəbz) sənədinin tələb edilib/edilməməsini yoxlayın. Faktura fiziki uçuşa göndəriş zamanından sonra yüklənibsə bağlama növbəti reys ilə göndərilir. - Yuxarda qeyd olunan səbəb aşkarlanmasa daşıyıcı 7 (yeddi) iş günü ərzində araşdırma edir.
Sizə 3% ödəmişəm bağlamam niyə xarici anbarda deyil?
"Sifariş et" xidməti zamanı ödənilən komissiya yalnız xarici ölkənin (Çin) "Sanal Pos" xidmətinin bank komissiyasın əhatə edir
Çatdırılma ödənişi necə hesablanır?
Bağlamaların çatdırılma ödənişi çəkidən asılı olaraq hesablanır. Ölçüsü 60 santimetrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. O zaman ödəniş aşağıdakı məlumatlara əsasən hesablanacaq: (Eni (sm) x Boy (sm) x Uzunluq (sm)) / 6000
Çatdırılma nə qədər vaxt çəkir?
Əksər hallarda çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Adətən malların anbarımıza çatdırılması 3 gündən 15 günə qədər vaxt tələb edir. Çatdırılma vaxtı həftə sonları və tətil səbəbindən arta bilər. Sifariş verdiyiniz mallar anbarımıza çatdırıldıqdan sonra, 3 - 10 gün ərzində Azərbaycana göndəriləcək.
Sifarişimi geri qaytara bilərəm?
Sifariş etdiyiniz məhsulun keyfiyyətinə və orijinallığına görə cavabdeh deyilik. Məhsuldan narazısınızsa, birbaşa satıcı ilə əlaqə saxlayın.
Hansı məhsulları sifariş etmək olmaz?
Xahiş edirik, məhsulları sifariş edərkən diqqətli olun. Aşağıdakı məhsul kateqoriyalarından başqa hər hansı bir məhsulun çatdırılmasını həyata keçiririk:
Azərbaycan Respublikasına idxalı qadağan olunmuş mallar
Heyvanlar və bitkilər
İnsan orqanları və toxumlar
Ölkə ərazisindən ixrac üçün qadağan olunmuş mallar
Mobil telefonlar
Qiymətli daşlar və metallar, zərgərlik əşyaları
İntim məhsullar
Pul və poçt markalarının çapı üçün avadanlıq
Banknotlar, pullar, səyahət çekləri
Həkk olunmuş gerb ilə orijinal sənədlər
Terrorizmi və zorakılığı təbliğ edən mallar
Partlayıcı, alışan, zəhərli, toksikoloji, bioloji, yoluxucu və radioaktiv maddələr
Сivə, kimyəvi maddələr və turşular
Tez xarab olan məhsullar
Qida və tütün məhsulları
Narkotik vasitələr və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar
Soyuq, odlu silah və sursat
Batareyalar və amortizatorlar
Tərkibində maqnit olan məhsullar ( Səs sistemi və s. )
Qrammofon və plastinlər
Powerbank
Maskalar və dezinfeksiya məhsulları Böyük həcmli akkumlyator tərkibli məhsullar
Sayt Azərbaycan kartlarını qəbul etmir. Sifarişi necə edə bilərəm?
Məhsulu xarici saytdan əldə edə bilmirsinizsə, sizə kömək edə bilərik. Məhsulun linkini göndərin, bank kartınızdan istifadə edərək pulları köçürün, istədiyiniz məhsulu sizin əvəzinizə sifariş edib çatdıracağıq.
Bağlamam niyə sistemə əlavə edilməyib?
Bağlamalar 1 gün ərzində sistemə əlavə edilir - Bağlamanın üzərində satıcı mağaza ad/soyad qeyd etməyibsə bu halda (24 saat keçəndən sonra) bağlama haqqında tam dolğun məlumat daşıyıcıya əlaqə kanalları (e-mail: [email protected]) üzərindən məlumat göndərilməlidir. Dolğun məlumat: Sifariş nömrəsi, Takip (gonderi) nömrəsi, İsraliyye (sevk) nömrəsi, Məhsulun screenshot-u. Bağlamanın tapılmasına 7 -14 iş günü vaxt verilir. Bağlama tapılmasa, satıcı şirkətdən imzalanmış təhvil-təslim sənədi tələb edilməlidir.
Bağlamam niyə 1 həftədir uçuşdadır?
Normalda xarici ölkədə eksport sənədlərinin hazırlanması, yük partiyasının təyyarəyə yüklənməsi, Bakida isə import sənədlərinin hazırlanması, yükün rəsmiləşdirilməsi və yerli anbarda çeşidlənməsi - heç bir fors-major hal baş verməsə 3-4 (üç - dörd) iş günü ərzində yekunlaşır.
Fors-major hallar dedikdə:
Yük təyyarəsində nasazlıq - əhəmiyyətli/prioritet yüklərin daşınması (humanitar yardım və s.) - pandemiya ilə əlaqədar dərman vasitələrinin daşınması və s. *Linki sizə göndərmişdim niyə 2 həftədir xəbər yoxdur? * - "Sifariş et" xidməti yalnız müştəri əvəzinə sifarişin xarici (Türk) alış-veriş mağasından alışını nəzərdə tutur. Bu halda daşıyıcı internet alış-veriş mağazasının sürətinə heç bir operativ müdaxilə edə bilmir, daşıyıcının rolu informativdir.